Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
II Milli Oyunların rəsmi bağlanış mərasimi
25 may 2016

2016-cı il aprel ayının 10-dan etibarən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunlarına start verilmişdir. Milli Oyunların rəsmi açılış mərasimi aprel ayının 30-da “Şağan” Olimpiya Kompleksində baş tutmuşdur. Milli Oyunların proqramına 8 idman növü daxil edilmişdir. Bunlar atletika, basketbol, badminton, futbol, həndbol, pauerliftinq, stolüstü tennis, voleyboldur. 8 idman növü üzrə Oyunlarda 1000-nə yaxın atlet öz qüvvəsini sınamışdır.

Bu yarışlar eyni zamanda 2017-ci ilin Beynəlxalq yarışlarına seçmə xarakter daşıyır.

Komitənin II Milli Oyunlarında Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay, Salyan Regionlarının və eyni zamanda Bakı və Abşeron yarımadasının aşağıda göstərilən təşkilatlarının yığma komandaları iştirak etmişlər:
- Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi.
- Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi.
- Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi.
- Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi.
- Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi.
- Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi.
- Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi.
- Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Respublika xüsusi internat məktəbi.
- Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi.
- Abşeron rayonu 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi.

Oyunların rəsmi bağlanış mərasimi Bakı şəhəri, Heydər Əliyev prospekti, “Şəfa” stadionu – “İnter” Peşəkar İdman Klubunun arenasında mayın 25-i saat 18:00-da keçirilmişdir. Bağlanış mərasimindən öncə oyunların proqramına daxil olan mini-futbol yarışlarına yekun vurulmuş və nəticələr aşağıdakı kimi olmuşdur:

OĞLANLAR

I divizion

I yer Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi
II yer Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi
III yer Salyan Xüsusi Olimpiya Regional filialı
IV yer Gəncə Xüsusi Olimpiya Regional filialı

II divizion

I yer Xəzər rayonu 12 saylı xüsusi internat məktəb
II yer Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi
III yer Göyçay Xüsusi Olimpiya Regional filialı
IV yer Göyçay Xüsusi Olimpiya Regional filialı

III divizion

I yer Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi
II yer Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Respublika xüsusi internat məktəbi
III yer Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi
IV yer Sumqayıt Xüsusi Olimpiya Regional filialı

IV divizion

I yer Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi
II yer Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi
III yer Şəki Xüsusi Olimpiya Regional filialı
IV yer Lənkəran Xüsusi Olimpiya Regional filialı

V divizion

I yer Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi
II yer Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi
III yer Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi

VI divizion

I yer Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi
II yer Abşeron rayonu 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi
III yer Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi

QIZLAR

I divizion

I yer Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Respublika xüsusi internat məktəbi
II yer Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi
III yer Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi

II divizion

I yer Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi
II yer Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi
III yer Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi

Futbol yarışlarının qaliblərini rəsmi bağlanış mərasiminə dəvət olunan fəxri qonaqlar mükafatlandırmışlar. Bu turnir Azərbaycan Xüsusi Olimpiya Komitəsi və “İnter” Peşəkar İdman Klubu ilə birgə keçirilmişdir.

Milli Oyunlar keçirilən müddət ərzində Oyunların proqramına daxil olan idman növləri üzrə bütün federasiyalar, “İnter” Peşəkar İdman Klubu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi, gənclər və idman, təhsil Nazirlikləri ilə əməkdaşlıq edilmişdir.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com