Azərbaycan Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunları proqramına daxil olan badminton üzrə Respublika yarışları başa çatmışdır.
Ümumi komanda hesabında nəticələr aşağıdakı kimi olmuşdur:
I yer | Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi |
II yer | Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Respublika xüsusi internat məktəbi |
III yer | Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi |
IV yer | Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi |
V yer | Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi |
VI yer | Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi |
VII yer | Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi |
Yarışların yekununa əsasən formalaşdırılan yığma komanda cari ilin noyabr ayında Danimarkada keçiriləcək Beynəlxalq Avropa turnirində iştirak etmək üçün hazırlıqlara başlayacaqdır.
II Milli Oyunların açılış mərasiminin şəkillərinə burada baxmaq olar.Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com