Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
“BELA CUP” beynəlxalq futbol turniri
21 may 2017

2017-ci ilin 15-20 may tarixlərində Belarusun Qrodno şəhərində “BELA CUP” beynəlxalq futbol turniri keçirilmişdir.

Turnirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan və qızlardan ibarət II yığma komandaları iştirak etmişlər. Nəticələr aşağıdakı kimi olmuşdur:

Oğlanlardan ibarət II yığma komandamız turnirin I güclü divizionunun yarımfinal və final mərhələlərində Rusiyanın I yığma komandasına 5:0, Rusiyanın II yığma komandasına isə 3:0 hesabı ilə məğlub olmuş, Belarus yığmasına 2:0, Estoniya yığmasına isə 2:1 hesabı ilə qalib gələrək turnirin bürünc medallarına layiq görülmüşdür.

Qızlardan ibarət II yığma komandamız isə yarışların I güclü divizionun yarımfinal və final mərhələsində Rusiya yığmasına 8:0, Danimarka yığmasına 5:1 uduzmuş, Litva yığma komandasına 3:1, Belarus yığmasına isə 2:1 hesabı ilə qalib gələrək oğlanlardan ibarət yığmamızın nəticəsini təkrarlamış və bürünc medallara layiq görülmüşdür.

Bildirmək istəyirik ki, oğlanlardan ibarət I yığma komandamız isə hal-hazırda hazırlıq mərhələsi keçir və cari ilin iyul ayının 15-20 tarixində İsveçdə keçiriləcək “Gothia Cup” Beynəlxalq futbol turnirində iştirak edəcəkdir.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com