Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Bakıda Liderlər Akademiyası beynəlxalq tədbiri keçirilib
8 dekabr 2016

5-8 dekabr 2016-cı il tarixlərində Bakı şəhərində Beynəlxalq Xüsusi Olimpiya və Avropa-Avrasiya Xüsusi Olimpiya komitələrinin dəstəyi ilə Liderlər Akademiyası keçirilib. Tədbirdə Avrasiyanın 40-dan artıq ölkəsinin nümayəndələri, dövlət və idman xadimləri iştirak ediblər. Qeyd edək ki, tədbirin Moskva, Bakı və Astana namizəd şəhərlər olsa da, nəticədə Bakıda keçirilməsi qərara alınıb. Məqsəd — ayrı-ayrı xüsusi olimpiya liderlərinin təcrübə qazanmasıdır.

5 dekabr

Rəsmi açılışda Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son illərdə Azərbaycanın bütün növ olimpiya oyunlarında uğurlar qazandığını söyləmişdir. Sonra, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Eduard Karvardin, Avropa-Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti və icraçı direktoru Devid Evangelista, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev də öz çıxışlarında, bütün dünyada bu humanist hərəkatın rəğbətlə qarşılandığını, Azərbaycanın bu sahədə aparıcı ölkələr sırasında olduğunu vurğulamışlar. Tədbirdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, millət vəkilləri Fazil Mustafa və Müslüm Məmmədov və digər rəsmi şəxsləri iştirak etmişlər.

6 dekabr

Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Liderlər Akademiyasının iştirakçılarını qəbul edib. Aparılan müzakirələrin əsas mövzusu qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri olmuşdur.

7 dekabr

Liderlər Akademiyası öz işini davam etdirmişdir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və millət vəkili, Azərbaycan Xüsusi Olimpiya İcraiyyə Komitəsinin üzvü Müslüm Məmmədovun çıxışları maraqla dinlənilmişdir.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com