Azərbaycan Xüsusi Olimpiya Komitəsi cari təqvim ilinin birinci yarımilliyində Komitənin II Milli Oyunlarının yekununa və futbol üzrə yığma komandanın İspaniyanın Valensiya şəhərində keçirilmiş Beynəlxalq futbol turnirdə qazanılmış gümüş medallarla əlaqədar 15 iyun 2016-cı il tarixdə Xüsusi Olimpiya Komitəsi və “İnter” Peşəkar İdman Klubunun rəhbərliyi Azərbaycan Televiziyası “İdman” kanalının qonağı olmuşlar.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Prezidenti Şahin Əliyev, “İnter” Peşəkar İdman Klubunun Prezidenti Rəşad Qasımov, Xüsusi Olimpiya Komitəsinin futbol koordinatoru Kamran Fətullayev və yığmamızın kapitanı, qeyd olunan futbol turnirinin gümüş medalçısı Rəşid Səfərov verilişdə iştirak etdilər. Onların hər biri həm II Milli Oyunların, həm də Beynəlxalq futbol turnirinin yekunu, nəticələri və Komitədə mütəmadi surətdə həyata keçirilən “Ailə”, “Uşaq-atlet”, “Gənc atlet”, “Birləşmiş İdman” proqramları və komitənin coğrafiyasının genişləndirilməsi məqsədilə Tovuz, Zaqatala, Şirvan və Quba şəhərlərində yeni regional filialların yaradılması layihələri barədə televiziya tamaşaçıları ilə öz təəssüratlarını bölüşdülər.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com