2014-cü il 9-21 sentyabr tarixlərində Belçikanın Antverp şəhərində keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin 27 nəfəri idmançılardan ibarət olmuşdur. Atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülk idman növlərində çıxış edən idmançılarımız 8 qızıl, 8 gümüş və 4 bürünc medal qazanmışlar.
ATLETİKA
Əliyev Həsənağa (VI divizion) | 100 m. qaçış | III yer |
uzununa tullanma | II yer | |
Mustafayev Pərviz (VI divizion) | 100 m. qaçış | I yer |
Abdullayeva Aytən (I divizion) | yerindən tullanma | I yer |
50 m. qaçış | II yer | |
topatma | VI yer | |
Əlipənahova Baharxanım (II divizion) | yerindən tullanma | II yer |
50 m. qaçış | I yer | |
Şeydayev Mehman (I divizion) | 50 m. qaçış | VI yer |
topatma | II yer |
BADMİNTON
İsmayılov Niyaz (IX divizion) | I yer |
Musayeva Teyfə (III divizion) | II yer |
Eyvazov Zaur (III divizion) | II yer |
STOLÜSTÜ TENNİS
fərdi yarışlar:Tağıyev Həbib (VI divizion) | II yer |
Bürciyeva Vüsalə (VI divizion) | II yer |
Tağıyev Həbib (VI divizion) | I yer |
Bürciyeva Vüsalə (VI divizion) | I yer |
CÜDO
Həsənov Bəşir (49 kq) | III yer |
Rəhmanov Elnur (57,5 kq) | I yer |
Həsənov Əflatun (48 kq) | III yer |
ÜZGÜÇÜLÜK
Abbasova Minayə (II divizion) | 50 m. arxası üstə | V yer |
Əli Məhəmməd (IV divizion) | 50 m. sərbəst üsul | VII yer |
50 m. arxası üstə | IV yer | |
Hacıməhəmmədov Rudolf (I divizion) | 50 m. arxası üstə | III yer |
BASKETBOL (II divizion)
Azərbaycan-Yunanıstan | 34 : 36 |
İtaliya-Azərbaycan | 24 : 26 |
Azərbaycan-İtaliya | 45 : 38 |
Azərbaycan-Yunanıstan | 50 : 45 |
Nəticədə basketbolçularımız I yer tutaraq qızıl medala sahib olmuşlar.
İdmançılarımızın ayrı-ayrı idman növləri üzrə qazandığı medalların sayı:
8 qızıl, 8 gümüş, 4 bürünc.
Bundan əlavə, Xüsusi Avropa Oyunları qarşısında sentyabr ayının 9-12 tarixli müddətində idmançıların adaptasiyası məqsədilə Belçikanın Lommel şəhərində nümayəndə heyətimiz "Qonaq proqramı"nda iştirak etmişdir. "Qonaq proqramı"nın digər məqsədi ondan ibarət idi ki, nümayəndə heyətimizi Belçikanın, eyni zamanda Lommel şəhərinin milli adət-ənənələri, tarixi abidələri, muzeyləri ilə tanış olsunlar.
"Qonaq proqramı"nın son günü – sentyabrın 12-i Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimov, Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov və Lommel şəhərinin meri Peter Vanvelthovenin iştirakı ilə rəsmi mərasim təşkil olunmuşdur. Mərasiminin məqsədi Lommel şəhər meriyasının qarşısında Azərbaycan Xüsusi Olimpiya atletlərinin şərəfinə abidə ucaltmaq idi. Abidənin üzərində Azərbaycan idmançılarının Xüsusi Avropa Oyunlarında iştirak edəcək 6 idman növü əks olunmuşdur. Hörmətli cənab Azad Rəhimov öz nitqində bildirdi ki, bu hadisə Azərbaycanın idman tarixində bir yenilikdir. Bu günə kimi heç bir ölkədə Azərbaycan idmançılarının şərəfinə belə bir abidə ucaldılmamışdır.
Rəsmi hissədən sonra tədbirin bədii hissəsi başlanmış və tədbir iştirakçılarına ziyafət verilmişdir. Eyni zamanda, tədbir iştirakçıları üçün Azərbaycan Dövlət Konservatoriyasının gənclərdən ibarət simfonik orkestrinin konserti olmuşdur. Tədbirdə Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin Prezidenti Meri Devis və Komitənin əməkdaşı Kşiştof Krukovski və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Prezidenti Şahin Əliyev də iştirak etmişlər.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com