İyulun 11-də Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov beynəlxlaq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
11 iyul 2022
Görüşdə Estoniyanın Vilyandi şəhərində keçirilmiş Beynəlxalq Futbol Turnirində iştirak etmiş Azərbaycan Xüsusi Olimpiya Komitəsinin futbol yığma komandası da iştirak edib.
İdmançılar son vaxtlar qazandıqları qələbələr, qarşıdakı mötəbər yarışlara hazırlıq və təlim-məşq toplanışları barədə məlumat veriblər, yığma komandanın məşqçisi Kamran Fətullayev və atlet Fərid Pirili də bu istiqamətdə öz təəssüratlarını bölüşüblər.
Daha sonra nazir Fərid Qayıbov əldə etdikləri uğurlara görə idmançıları təbrik edib və onlara yeni uğurlar arzulayıb.
Əlaqədar xəbərlər:
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com