01 iyun tarixində Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Həndbol Federasiyası rəhbərlikləri arasında görüş baş tutmuşdur.
1 iyun 2022
Görüş zamanı Xüsusi Olimpiya proqramı üzrə əqli və sağlamlıq imkanları məhdud oğlanlar və qızlardan ibarət həndbol komandalarına Federasiyasının məşqçi-müəllimləri tərəfindən praktiki-metodiki köməkliklərin göstərilməsi və birgə tədbirlərin keçirilməsi, eyni zamanda əməkdaşlıq haqqında müvafiq sazişin yaxın zamanlarda imzalanması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Görüşdə Federasiya tərəfindən Birinci Vitse-prezident Orxan Abbasov, Baş katib Yusif Atakişiyev, menecer Rəfael Abdullayev və federasiya nümayəndəsi Bəhruz Rüstəmxanlı, Komitə tərəfdən isə Sədr - Baş idarəedici Şahin Əliyev, Prezident, Millət vəkili Fazil Mustafa və İcraçı direktor Orxan Vəlizadə iştirak etmişlər.
Əlaqədar xəbərlər:
Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075
Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44
nationaldirector@azspecialolympic.com