çalışır. Qüssə və həyəcanları ilə tənha, dost-tanışsız qalmağa qoymamaq, kamil həyata
qaytarmaq və cəmiyyətdə öz yerini tapmaq üçün köməyini əsirgəmir. Bu istiqamətdə
Komitənin maddi-texniki, elmi-metodiki, maliyyə və digər təminatlarında dövlətimiz
tərəfindən xüsusi diqqət yetirilir.
Əlavə etmək istərdik ki, ilk dəfə 1992-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərində
keçirilən Paralimpiya Oyunlarında iştirak etmiş atletimiz Olqa Koval üzgüçülük üzrə 3 qızıl
medal qazanmışdır.
Bundan əlavə, qeyd etmək lazımdır ki, 2018-ci ilin 24-28 sentyabr tarixlərində
Beynəlxalq Xüsusi Olimpiya Təşkilatının 50 illik yubileyi ilə əlaqədar “Qlobal Gənc
Liderlik Forumu” Bakı şəhərində keçirilmişdir.
Komitənin məqsəd və vəzifələri:
Əqli və sağlamlıq imkanları məhdud insanların əlilliyinin qarşısının alınması ilə
əlaqədar Xüsusi Olimpiya Komitəsinin əsas məqsədi bu koteqoriya insanlar arasında bədən
tərbiyəsi və idmanı inkişaf etdirməkdir.
Bu istiqamətdə Komitənin əsas vəzifələri aşağıdakılardır:
- əqli və sağlamlıq imkanları məhdud əlil insanları bədən tərbiyəsi və idman vasitəsilə
bərpa etmək və sağlam cəmiyyətə qaytarmaq;
- ictimai fikrin əqli və sağlamlıq imkanları məhdud əlil insanların bədən tərbiyəsi və
idmanını, sağlam həyat tərzini təmin etməyə yönəldilməsi istiqamətində tədbirlər görmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanlar arasında bədən tərbiyəsi və idmanın
inkişafının kompleks proqramını, məşğələlərin və idman yarışlarının təşkili və keçirilməsi
metodikasını işləyib hazırlamaq;
- məşqçilərin, təlimatçıların, ictimaiyyətçilərin, valideynlərin, könüllülərin
maarifləndirilməsi istiqamətində tədbirlər keçirmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların bədən tərbiyəsi və idmanla
məşğul olması istiqamətində dövlət və bələdiyyə orqanlarının idman qurğularından və
bazalarından istifadə edərək onların idmanla məşğul olması şəraitini yaxşılaşdırmaq;
- maddi-texniki, elmi-metodiki, maliyyə və kadr təminatının inkişafına, əqli və
sağlamlıq imkanları məhdud əlil insanların təlim-məşqlərinə, bədən tərbiyəsi
müəllimlərinin, valideynlərin, ictimaiyyətçilərin, könüllülərin geniş cəlb olunmasına
çalışmaq;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların regional proqramlarını –
filiallarını yaratmaq, onlara praktiki və metodiki köməkliklər göstərmək və regional idman
tədbirlərini təşkil etmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların il boyu idman növləri üzrə
bölmələrdə təlim-məşq prosesini təşkil etmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların ölkə üzrə seçmə yarışlarını
keçirmək, idman növləri üzrə yığma komandaları komplektləşdirmək və onların il boyu
təlim-məşq toplanışlarını təşkil etmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların bədən tərbiyəsi və idman
vasitəsilə bərpası, onların sağlam cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə
idman oyunları üzrə inklüzivlik istiqamətində “UNIFIED Sports” (birləşmiş idman
komandası) proqramı vasitəsilə yarışların təşkili və keçirilməsini təmin etmək;
- əqli və sağlamlıq imkanları məhdud əlil insanların idman növləri üzrə yığma
komandalarını beynəlxalq turnirlərə, Avropa çempionatlarına, Avropa və Ümumdünya
Xüsusi Yay və Qış Olimpiya Oyunlarına hazırlamaq və onların iştirakını təmin etmək.
Avropa Futbol və Basketbol Federasiyaları, o cümlədən, ölkənin müvafiq idman
federasiyaları, nazirlik və idarələri ilə sıx əməkdaşlıq şəraitində on bir idman növü üzrə hər
il yaz və payız mövsümləri ərzində ölkə üzrə seçmə yarışlar, futbol və basketbol həftələri,
həmçinin xüsusi günlərə aid müxtəlif yarışlar təşkil olunur və keçirilir.
Beynəlxalq Xüsusi Olimpiya Komitəsi dörd ildən bir Xüsusi Yay və Qış Olimpiya
Oyunları, Avropa-Avrasiya Komitəsi isə hər il ayrı-ayrı idman növləri üzrə Avropa
çempionatları, iki ildən bir isə Xüsusi Yay Avropa Oyunları keçirir.
Eyni zamanda bildirmək istəyirik ki, cari 2022-ci ilin sentyabr-oktyabr aylarında 30
illik yubiley ilə əlaqədar olaraq Komitənin IV Milli Oyunlarının keçirilməsi planlaşdırılır.
Milli Oyunların proqramında 11 idman növü üzrə 1500-ə yaxın əqli və sağlamlıq imkanları
məhdud atletlərin, həmçinin məhdudiyyətsiz partnyorların iştirakı gözlənilir.
Azərbaycan Xüsusi Olimpiya Komitəsi atletlərinin
beynəlxalq yarışlarda göstərdiyi nəticələr barədə
MƏLUMAT:
1. 1990-cı il, Qlazqo, Şotlandiya – yüngül atletika, 5 qızıl, 1 gümüş medal;
2. 1991-ci il, Minniapolis, ABŞ – ÜXYOO, həndbol – qızlar qızıl, oğlanlar gümüş;
3. 1992-ci il, Madrid, İspaniya – Paralimpiya oyunları, üzgüçülük qızlar, 3 qızıl;
4. 1995-ci il, Konnektikut ştatının Nyu-Heven şəhəri, ABŞ – ÜXYOO, atletika,
pauerliftinq, üzgüçülük, stolüstü tennis, basketol – 30 qızıl, 21 gümüş və 15 bürünc medal;
5. 1997-ci il, Toronto, Kanada – ÜXQOO, döşəmə üzərində hokkey – gümüş medal;
6. 1999-cu il, Şimali Karolina ştatının Rali şəhəri, ABŞ – ÜXYOO, atletika, pauerliftinq,
üzgüçülük, stolüstü tennis, basketbol, mini-futbol – 9 qızıl, 3 gümüş və 3 bürünc medal;
7. 2000-ci il, Qroningen, Hollandiya – Xüsusi Yay Avropa Oyunları, 12 qızıl, 8 gümüş,
3 bürünc medal;
8. 2001-ci il, Alyaska ştatının Ankoric şəhəri, ABŞ – ÜXQOO, döşəmə üzərində
hokkey – bürünc medal;
9. 2003-cü il, Dublin, İrlandiya – ÜXYOO, basketbol, mini-futbol, həndbol, atletika,
stolüstü tennis, pauerliftinq, üzgüçülük, badminton – 14 qızıl,11 gümüş və 10 bürünc medal;
10. 2005-ci il, Naqano, Yaponiya – ÜXQOO, döşəmə üzərində hokkey – bürünc medal;
11. 2006-cı il, Roma, İtaliya – Gənclərin Xüsusi Yay Avropa Oyunları, üzgüçülük,
atletika, basketbol – 5 qızıl, 4 gümüş və 5 bürünc medal;
12. 2007-ci il, Buxara, Özbəkistan Respublikası – Beynəlxalq Açıq Milli Oyunlar,
basketbol – oğlanlar gümüş medal;
13. 2007-ci il, Şanxay, Çin Xalq Respublikası – ÜXYOO, üzgüçülük, stolüstü tennis,
badminton, atletika, pauerliftinq, həndbol (qızlar) və futbol – 2 qızıl, 6 gümüş və 7 bürünc medal;
14. 06-12 may 2009-cu il, Lissabon, Portuqaliya – futbol üzrə Avropa çempionatı, gümüş
medal;
15. 14-19 oktyabr 2009-cu il, Palma-de-Mallorka, İspaniya – üzgüçülük üzrə Avropa
çempionatı, 2 qızıl, 1 gümüş, 1 bürünc medal;
16. 21-25 aprel 2010-cu il, İstanbul, Türkiyə – UNIFIED proqramına uyğun Avropa
futbol çempionatı, bürünc medal;
17. 14-26 sentyabr 2010-cu il, Varşava, Polşa – Avropa XYOO, stolüstü tennis,
pauerliftinq, atletika və basketbol (qızlar) – 7 qızıl, 8 gümüş və 9 bürünc medal;
18. 20 iyun-05 iyul 2011-ci il, Afina, Yunanıstan – ÜXYOO, futbol (qızlar), badminton,
stolüstü tennis və üzgüçülük – 4 qızıl, 5 gümüş və 5 bürünc medal;
19. 12-16 aprel 2012-ci il, Lyublyana, Sloveniya – Beynəlxalq Avropa turniri, stolüstü
tennis – 2 qızıl, 2 gümüş, 1 bürünc medal;
20. 15-19 iyul 2012-ci il, Gotenburq, İsveç – “GOTHİA CUP” Beynəlxalq futbol turniri,
qızıl medal;
21. 25 yanvar – 07 fevral 2013-cü il, Pyeinq Chanq, Koreya Respublikası – ÜXQOO,
döşəmə üzərində hokkey – gümüş medal;
22. 19-24 iyun 2013-cü il, İstanbul, Türkiyə – Avropa çempionatı, basketbol (oğlanlar)
gümüş, voleybol (oğlanlar) qızıl medal;
23. 09-21 sentyabr 2014-cü il, Antverp, Belçika – Avropa XYOO, atletika, badminton,
basketbol, cüdo, stolüstü tennis, üzgüçülük – 8 qızıl, 8 gümüş, 4 bürünc medal;
24. 21 iyul – 03 avqust 2015-ci il, Kaliforniya ştatının Los-Anjeles şəhəri, ABŞ –
ÜXYOO, atletika, üzgüçülük, stolüstü tennis, badminton, cüdo, pauerliftinq – 8 qızıl, 11 gümüş
və 5 bürünc medal;
25. 02-06 iyun 2016-cı il, Valensiya, İspaniya – mini-futbol üzrə Avropa turniri, gümüş
medal;
26. 15-19 sentyabr 2016-cı il, Lvov, Ukrayna – Ukrayna XOK III Açıq Milli Oyunları,
futbol, basketbol, florbol, üzgüçülük, stolüstü tennis – 5 qızıl, 3 gümüş, 3 bürünc medal;
27. 13-26 mart 2017-ci il, Qraz, Avstriya – ÜXQOO, florbol, qızıl medal;
28. 15-20 may 2017-ci il, Qrodno, Belarus – “BELA CUP” Beynəlxalq Futbol turniri,
oğlanlar bürünc, qızlar bürünc medal;
29. 31 avqust – 04 sentyabr 2017-ci il, Katovitse, Polşa – voleybol üzrə Beynəlxalq
Avropa turniri, 4-cü yer;
30. 22-27 aprel 2018-ci il, Sankt-Peterburq, Rusiya Feferasiyası – Avropa Futbol Turniri,
bürünc medal;
31. 06-10 iyun 2018-ci il, Zrenjanin, Serbiya – Avropa Voleybol Turniri, gümüş medal;
32. 08-21 mart 2019-cu il, Əbu-Dabi, BƏƏ – ÜXYOO, atletika, badminton, basketbol,
cüdo, futbol, həndbol, pauerliftinq, stolüstü tennis, üzgüçülük, voleybol – 6 qızıl, 10 gümüş, 9
bürünc medal;
33. 24-26 may 2019-cu il, Tilburq, Hollandiya – qızlar arasında Beynəlxalq Futbol
Turniri, qızıl medal;
34. 25-29 iyun 2019-cu il, Kaunas, Litva – oğlanlar arasında Beynəlxalq Futbol Turniri,
gümüş medal.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com