Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin cari ilin 20 sentyabr tarixində Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında “Sağlamlıq münasibətlərinin qorunması və müdafiəsi haqqında maarifləndirmə tədbirlərinin dəstəklənməsi” layihəsi çərçivəsində inklüzivlik istiqamətində 10 qız və 10 oğlan idmançı idman turnirində iştirak etmiş və öz bacarıqlarını nümayiş etdirmişlər.
16 oktyabr tarixində Bakı İdman Sarayının konfrans zalında isə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi UNFPA Azerbaijan tərəfindən təyin olunmuş xanım Məryəm Məcidovanın təlimatçılığı ilə metodiki seminar keçirilmişdir. Metodiki seminar zamanı sağlamlıq münasibətlərinin bərpası və qorunması barədə danışılmış, daha sonra isə uşaqlar qruplara bölünərək müəyyən oyunlarda iştirak etmiş təlimatçının sualarına cavab vermişlər.
Layihə BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə keçirilib. Seminarlarda aşağıdakı xüsusi, yardımçı məktəb və internatlardan olan uşaqlar iştirak ediblər:
1. Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbi.
2. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi.
3. Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəb.
4. Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəb.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com