Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin “Grant”ı hesabına baş tutmuşdur.
Metodiki hissədə təlimçi Nicat Mehralıyev iştirakçılara "Liderlik nədir və həqiqi lider necə olmalıdır?" mövzusunda seminar aparmışdır. Seminarda liderlik barədə həm nəzəri biliklər aşılanmış, həm də simulyasiya oyunu keçirilərək iştirakçıların xüsusi keyfiyyət və bacarıqları üzə çıxarılmışdır. Ümumilikdə, seminar iştirakçıların böyük marağına səbəb olmuş, daha sonra təlimçi ona ünvanlanan sualları cavablandırmış, sonda isə xatirə şəkli çəkilmişdir.
Lənkəran və Salyan regional filiallarının hər birindən 4 qız komandası olmaqla, ümumilikdə 8 komandanın iştirak etdiyi mini-futbol yarışlarının final mərhələsi zamanı isə Salyan regional filialının 4-cü komandası yarışların qalibi olmuşdur.
Daha sonra isə 4 oktyabr tarixində Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Beynəlxalq Xüsusi Olimpiya Komitəsi arasında “Birləşmiş idman və inklüziv gənc liderlik” layihəsi çərçivəsində vebinar baş tutmuşdur.
Qeyd edək ki, hər birində 10 idmançı (5 atlet, 5 partnyor) olmaqla 8 qız komandası, ümumilikdə 80 idmançı layihəyə cəlb olunmuşdur.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com