1. 15-16 avqust 2021-ci il – UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası)
proqramına uyğun florbol üzrə hazırlıq və yoxlama yarışları (oğlanlar), 132 nəfər;
2. 17-18 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin qızlar arasında basketbol
üzrə seçmə yarışları, 132 nəfər;
3. 19-20 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar arasında
basketbol üzrə seçmə yarışları, 132 nəfər;
4. 22-23 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin qızlar arasında həndbol
üzrə seçmə yarışları, 132 nəfər;
5. 24-25 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar arasında həndbol
üzrə seçmə yarışları, 132 nəfər;
6. 26-27 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar və qızlar arasında
atletika üzrə ölkə seçmə yarışları, 160 nəfər;
7. 29-30 avqust 2021-ci il – Xüsusi Olimpiya atletlərinin qızlar arasında voleybol
üzrə seçmə yarışları, 187 nəfər;
8. 31 avqust – 01 sentyabr 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar
arasında voleybol üzrə seçmə yarışları, 187 nəfər;
9. 02-03 sentyabr 2021-ci il – Xüsusi Olimpiya atletlərinin qızlar arasında futbol
üzrə seçmə yarışları, 187 nəfər;
10. 05-06 sentybar 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar arasında
futbol üzrə seçmə yarışları, 187 nəfər;
11. 07-08 sentyabr 2021-ci il – “Avropa Basketbol Həftəsi” turniri (qızlar), 132
nəfər;
12. 09-10 sentyabr 2021-ci il – “Avropa Basketbol Həftəsi” turniri (oğlanlar), 132
nəfər;
13. 12-13 sentyabr 2021-ci il – “Avropa Futbol Həftəsi” turniri (qızlar), 187 nəfər;
14. 14-15 sentyabr 2021-ci il – “Avropa Futbol Həftəsi” turniri (oğlanlar), 187
nəfər;
15. 16-17 sentyabr 2021-ci il – “Ümumdünya Sülh Günü”nə həsr olunmuş futbol
yarışları (oğlanlar), 187 nəfər;
16. 19-20 sentyabr 2021-ci il – “24 sentyabr – Yunis Kennedy-Şrayver Günü”nə
həsr olunmuş futbol yarışları, 187 nəfər.
Bu yarışların hər biri hər iki təşkilat arasında bağlanmış 03 fevral 2021-ci il tarixli
2 nömrəli müqavilədə öz əksini tapmışdır. Yarışlarda aşağıda adları qeyd olunan
təşkilatlardan ümumi 2580 idmançı atlet iştirak etmişdir.
1. Qaradağ rayonu E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9
nömrəli xüsusi internat məktəbi.
2. Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbi.
3. Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbi.
4. Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi.
5. Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbi.
6. Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6
nömrəli xüsusi internat məktəbi.
7. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli
ümumi orta internat məktəbi.
8. Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbi.
9. Sabunçu rayonu 309 nömrəli tam orta məktəbi (inkluziv sinifli).
10. Sabunçu rayonu 170 nömrəli tam orta məktəbi (inkluziv sinifli).
11. Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi.
12. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.
13. Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.
14. Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.
15. Göyçay şəhər S. Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziya.
16. Salyan rayonu A. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya.
17. Xəzər rayonu 1 saylı Sosial Xidmət Müəssisəsi.
Əqli və sağlamlıq imkanları məhdud atletlərin Xüsusi Olimpiya Hərəkatına
göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və tabeliyində Sosial Xidmətlər Agentliyinin, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin
rəhbərlikləri və əməkdaşlarına öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com