Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Komitənin "Gender bərabərliyinin təbliği və UNIFIED (İnklüziv birləşmiş idman komandası) qız futbolunun inkişafı" layihəsi keçirildi.
3 avqust 2021

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə "Gender bərabərliyinin təbliği və UNIFIED (İnklüziv birləşmiş idman komandası) qız futbolunun inkişafı" layihəsi üzrə cari ilin 30 iyun tarixində "Davam Gənclər Hərəkatı"nın Bakı ofisində  Səadət xanım Abdullazadənin təlimatçılığı ilə  metodiki  seminar, 01 iyul tarixində isə Şağan Olimpiya İdman Komplesinin açıq hava meydançasında praktiki təlim-məşq prosesi keçirilmişdir.

Layihənin məqsədi Azərbaycanda əqli və sağlamlıq imkanları məhdud təcrid olunmuş qruplar arasında gender bərabərliyini təbliğ etmək, əqli və sağlamlıq imkanları məhdud olan və olmayan qızların idmana qatılan oğlanlara bəxş edə biləcəyi üstünlükləri, yəni fiziki hazırlıq, özünə inam, fərdi və ya hansısa bir komandanın üzvü kimi nailiyyət əldə etmə hissi və bir insanın həyatının bütün aspektlərinə müsbət təsir edə biləcək gücləndirmə hissi və s. əldə etmələri üçün daha çox imkanlar təmin etməkdir. Bundan əlavə, layihə, gender əsaslı zorakılığın qarşısını almaq və lazım olduğu yerlərdə bu cür şiddət hadisələrini bildirmək üçün müvafiq təlim, məlumat və mənbələr təqdim edərək iştirakçılar arasında gender əsaslı şiddəti azaltmaq məqsədi daşıyır.

Seminar zamanı qızlar 4 nəfərlik qruplara bölünərək "Gender bərabərliyi nə üçün vacibdir?" mövzusunda öz fikir və təxəyyüllərini söyləmişlər.

Praktiki təlim-məşq prosesi zamanı isə hər birində 10 idmançı - 5 atlet və 5 partnyor olmaqla 4 komanda öz bacarıqlarını göstərmişlər.

Layihənin nəticəsi kimi, əqli qüsurlu olan və olmayan 40 qız (qadın) keyfiyyətli hərtərəfli idman təcrübəsi yaşamış, gender əsaslı zorakılıq və reproduktiv hüquqlarla
bağlı məlumat əldə etmiş, gender bərabərliyi və onun mahiyyəti barədə maarifləndirilmiş, öz qabiliyyətlərini və hüquqlarını öyrənmişlər.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com