Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin cari ilin iyun-iyul ayları ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə aşağıdakı seçmə, hazırlıq və yoxlama yarışları keçirilmişdir
27 iyul 2021

1. 14-15 iyun 2021-ci il - “10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü”nə həsr olunmuş atletika yarışları (oğlanlar və qızlar), 153 nəfər

2. 16-17 iyun 16-17 iyun 2021-ci il – Xüsusi Olimpiya atletlərinin oğlanlar arasında florbol üzrə seçmə yarışları, 132 nəfər

3. 18-19 iyun 2021-ci il – Xüsusi Olimpiya atletlərinin qızlar arasında florbol üzrə seçmə yarışları, 132 nəfər

4. 20-21 iyun 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun basketbol üzrə hazırlıq və yoxlama yarışları (oğlanlar), 132 nəfər

5. 22-23 iyun 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun basketbol üzrə hazırlıq və yoxlama yarışları (qızlar), 132 nəfər

6. 24-25 iyun 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun həndbol üzrə hazırlıq və yoxlama yarışları (oğlanlar), 132 nəfər

7. 27-28 iyun 2021-ci il - “28 May – Respublika günü”nə həsr olunmuş badminton yarışları (oğlanlar və qızlar), 108 nəfər

8. 29-30 iyun 2021-ci il - “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş stolüstü tennis yarışları (oğlanlar və qızlar), 117 nəfər

9. 01-02 iyul 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun voleybol üzrə hazırlıq və yoxlama yarışları (oğlanlar), 187 nəfər

10. 04-05 iyul 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun voleybol üzrə hazırlıq və yoxlama yarışları (qızlar), 187 nəfər

11. 06-07 iyul 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun həndbol üzrə hazırlıq və yoxlama yarışları (qızlar), 132 nəfər

12. 08-09 iyul 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun futbol üzrə hazırlıq və yoxlama yarışları (qızlar), 187 nəfər

13. 11-12 iyul 2021-ci il - UNIFIED Sport (İnkluziv Birləşmiş İdman komandası) proqramına uyğun futbol üzrə hazırlıq və yoxlama yarışları (oğlanlar), 187 nəfər

14. 13-14 iyul 2021-ci il - XO atletlərinin oğlanlar və qızlar arasında pauerliftinq üzrə hazırlıq və yoxlama yarışları, 117 nəfər

15. 15-16 iyul 2021-ci il - Cüdo üzrə hazırlıq və yoxlama yarışları, 60 nəfər

16. 18-19 iyul 2021-ci il - XO atletlərinin oğlanlar və qızlar arasında üzgüçülük üzrə seçmə yarışları, 117 nəfər.

Qeyd edək ki, 1, 7 və 8-ci bəndlərdə xüsusi günlərə həsr olunmuş yarışların tarixləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarəzidə karantin rejiminin davam etməsi haqqında verdiyi qərara əsasən yuxarıda göstərilən tarixlərə dəyişilmişdir. Bu yarışların hər biri hər iki təşkilat arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 2 nömrəli müqavilədə öz əksini tapmışdır. Yarışlarda aşağıda adları qeyd olunan təşkilatlardan ümumi 2212 idmançı atlet iştirak etmişdir.

1. Qaradağ rayonu E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi.

2. Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbi.

3. Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbi.

4. Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi.

5. Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbi. 6. Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün

6 nömrəli xüsusi internat məktəbi.

7. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi.

8. Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbi.

9. Sabunçu rayonu 309 nömrəli tam orta məktəbi (inkluziv sinifli).

10. Sabunçu rayonu 170 nömrəli tam orta məktəbi (inkluziv sinifli).

11. Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi.

12. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.tipli gimnaziya.

13. Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.

14. Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziya.

15. Göyçay şəhər S. Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziya

16. Salyan rayonu A. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya.

17. Xəzər rayonu 1 saylı Sosial Xidmət Müəssisəsi. 

Əqli və sağlamlıq imkanları məhdud atletlərin Xüsusi Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərlikləri və əməkdaşlarına öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com