Bu gün bütün dünyanın 1 nömrəli bəlasına çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyası bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da geniş yayılmışdır. Lakin Sizin uzaqgörən, düşünülmüş siyasətiniz və göstərişləriniz nəticəsində pandemiyanın qarşısını almaq üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ən zəruri tədbirlər görülmüşdür. Vaxtında çox düzgün və qətiyyətli addımlar atılmasaydı, xalqımız çox böyük problemlərlə üzləşə bilərdi. Sizin xalqımıza "Biz birlikdə güclüyük!" deməklə "evdə qal, sağlam qal" şüarı rəğbətlə qarşılandı və karantin şərtlərinə əməl olundu. Məhz bunun nəticəsidir ki, bu virusa yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə olunur.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin bütün üzvləri və idmançıları Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləyir. Ulu öndər Heydər Əliyevin apardığı siyasəti davam etdirdiyinizə, xalqımızın firavan və sağlam yaşaması yolunda göstərdiyiniz xidmətlərə və vətənpərvərliyinizə görə Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə və ailənizə Allahdan can sağlığı və uzun ömür arzulayırıq.
Sonsuz hörmət və ehtiramla,
Şahin Əliyev
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin Sədri, Milli Olimpiya Komitəsinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com