Layihənin ilk mərhələsi olan “Planting trees and friendships in Azerbaijan” adlı ağac əkmə tədbiri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində baş tutmuşdur.
Tədbirdə Xüsusi Olimpiya Komitəsinin prezidenti cənab Şahin Əliyev, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin direktoru xanım Gülnarə Abdullayeva, “UNEC Inklüziv Təhsil Mərkəzi”nin rəhbəri xanım Sevinc Mehsimova, Layihənin rəhbəri xanım MirGünay Bayramova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri və Xüsusi Olimpiya Komitəsinin idmançılarıda iştirak etmişdilər.
Qeyd edək ki, Layihə "Beynəlxalq Xüsusi Olimpiya Təşkilatı" tərəfindən "Azərbaycan Respublikasının Xüsusi Olimpiya Komitəsi" nin iştirakı ilə 52 ölkə arasından təqdim edilən layihələr arasından seçilən 79 layihədən biri olub.
Layihənin əsas məqsədi qlobal sferada inklüziv inkişafın gənclər arasında dəstəklənməsi, məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası və gələcəyə yönümlü gənc liderlərin yetişdirilməsidir.
Eyni zamanda bugünkü ağacəkmə tədbirimiz Azərbaycan Respublikasının prezident İlham Əliyev cənablarının doğum gününə ithaf olunur.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com