Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
2019-cu il 26 noyabr tarixində Şəki şəhərində inkluzivlik istiqamətində tam orta və xüsusi – yardımçı məktəblərin şagirdləri arasında “Gender bərabərliyi və UNIFIED Sport (Birləşmiş idman) üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin final mərasimi baş tutmuşdur.
28 noyabr 2019
Layihədə 14-17 yaş arası əqli və sağlamlıq imkanları məhdud olan və olmayan 40 nəfər adları aşağıda qeyd olunan tam orta və xüsusi – yardımçı məktəblərin qız şagirdləri iştirak etmişdir. 1. Şəki şəhəri, İnteqrasiya təlimli internat tipli gimnaziya. 2. Şəki şəhəri, qarışıq tipli uşaq evi. 3. Şəki şəhəri, fizika-riyaziyyat təmayüllü lisey. 4. Şəki şəhəri, 2 saylı tam orta məktəb. 5. Şəki şəhəri, 7 saylı tam orta məktəb. 6. Şəki şəhəri, 20 saylı tam orta məktəb. Layihənin məqsədi, qadın zorakılığı və şiddətinə qarşı mübarizə və gender bərabərliyinin təbliği, əqli və sağlamlıq imkanları məhdud olan və olmayan gənc qızların oğlanlar kimi idmanda iştirakının verdiyi üstünlüklərdən faydalanması, fiziki sağlamlıq, özünə inam, yeni dostlarla ünsiyyətin qurulması, nəaliyyət və qələbə hissi və insan həyatının bütün sahələrinə müsbət təsir edə biləcək hüquqların müdafiəsi hislərini aşılamaq, onların idman vasitəsilə bərpası və sağlam cəmiyyətimizə inteqrasiyasından ibarətdir. Tədbirin açılış mərasimində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Prezidenti Şahin Əliyev də iştirak etmiş, açılış nitqləri söyləndikdən sonra tədbirin bədii hissəsinə keçid olmuşdur. Daha sonra 4 komandanın futbol yarışı keçirilmiş və sonda mükafatlandırma mərasimi baş tutmuşdur. Layihənin həyata keçirilməsi aprel ayından başlamış və dekabr ayında sona çatacaqdır.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com