2019-cu il Sentyabrın 26-da UNFPA Azərbaycan( BMT-nin Əhali Fondu) və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin birgə layihəsi çərçivəsində 4 qadın komandanın nəzəri praktik açıq təlimi keçirildi.
Tədbir Şəki şəhər 5 saylı orta məktəbdə keçirildi.
Təlimdə Azərbaycan Xüsusi Olimpiya , BMT-nin Əhali Fondunun rəhbərliyi, Şəki şəhər İcra Hakimiyyəti,Şəki şəhər İdman İdarəsi və şəhər ictimaiyyətinin nümayəndələridə iştirak edib.
UNFPA-nın Türkiyədəki nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə ölkə direktoru cənab Karl Kulessa da bu təlimə qatıldı, idmançılar və tərəfdaşlarla söhbət etdi və onlara uğurlar arzuladı.
Ötən ildən etibarən BMT-nin Əhali Fondunun Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə birlikdə həyata keçirdiyi, intellektual əlilliyi olan və olmayan qızların futbol vasitəsilə səlahiyyətləndirilməsi layihəsi öz işini Şəkidə uğurla davam etdirir. Şəki şəhərinin 4 orta ümumtəhsil və 2 internat tipli təhsil müəssisəsindən 40-a qədər qızın iştirak etdiyi layihədə iştirakçılar hər birində 10 nəfər olmaqla 4 komandaya bölünərək futbol meydançasında heç bir məhdudiyyətin olmadığını və komanda işinin hər bir əngələ qalib gəldiyini isbat edirlər.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com