Xüsusi ehtiyacları olan qadınlar və gənclər üçün gender bərabərliyi və cinsi və reproduktiv sağlamlıq hüquqları və xidmətlərinə çıxışın təmin edilməsi .
18 sentyabr 2019
Xüsusi ehtiyacları olan qadınlar və gənclər üçün gender bərabərliyi və cinsi və reproduktiv sağlamlıq hüquqları və xidmətlərinə çıxışın təmin edilməsi son dərəcə əhəmiyyətlidir. Buna nail olmağın ən effektiv yollarından biri bu şəxslərin müxtəlif inklüziv fəaliyyətlər vasitəsilə qərarvermə, onlara aid proqram və layihələrin tərtibatı, icra və nəzarət proseslərinə cəlb edilməsi prosesində iştirak məqsədilə səlahiyyətlənməsindən ibarətdir.
Hazırda Türkiyənin İstanbul şəhərində keçirilən “Heç kəs kənarda qalmasın: xüsusi ehtiyacları olan qadın və gənclər üçün hüquq və seçimlərin təmin edilməsi” mövzusunda təlimdə xüsusi ehtiyacı olan şəxslərin inklüziv cəlbetmə yolu ilə cəmiyyətə inteqrasiya edilməsi əsas müzakirə mövzularından biridir. Təlim çərçivəsində baş tutmuş region ölkələrinin qabaqcıl təcrübələri mövzusunda panel sessiyası Azərbaycan, Ukrayna və Moldovada bu sahədə görülmüş işlərə dair məlumatı təqdim etdi.
Qeyd edək ki, Azərbaycan Xüsusi Olimpiya Komitəsi və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi xüsusi ehtiyacı olan qız uşaqlarının inklüziv futbol vasitəsilə səlahiyyətləndirilməsi və gender əsaslı zorakılığa qarşı məlumatlandırılması istiqamətində birgə layihə həyata keçirirlər.
Əlaqədar xəbərlər:
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com