Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
2019-cu il idman tədbirlərinin təqvim planına uyğun olaraq Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi yaz mövsümü may-iyun ayları ərzində 5 idman növü üzrə Respublika seçmə yarışları keçirilmişdir.
19 iyun 2019

May-iyun ayları ərzində seçmə yarışlar cüdo, stolüstü tennis, atletika, futbol və üzgüçülük idman növləri üzrə keçirilməklə 2020-ci ildə beynəlxalq yarışlara seçmə xarakter daşımışdır. Keçirilən yarışlarda Bakı və Abşeronun, 15-dən çox Sosial Xidmət Müəssisələri, uşaq evləri, yardımçı və xüsusi internat məktəblərinin, eyni zamanda Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Göyçay və Salyan Regional Xüsusi Olimpiya filiallarının komandaları və 1000-ə yaxın idmançı iştirak etmişdir.

Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075  

Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44

nationaldirector@azspecialolympic.com