02-30 aprel 2019-cu il üzrə idman tədbirlərinin təqvim planına uyğun olaraq, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi yaz mövsümü ərzində 9 idman növü üzrə Respublika seçmə yarışları keçirmişdir.
Respublika seçmə yarışları , basketbol (oğlanlar),basketbol (qızlar) həndbol (qızlar), futbol (oğlanlar), futbol (qızlar) badminton, voleybol (qızlar) voleybol (oğlanlar) pauerliftinq idman növləri üzrə keçirilməklə, 2019-2020-ci illərdə keçiriləcək Beynəlxalq yarışlarana seçmə xarakter daşımışdır.
Yarışlarda Bakı və Abşeronun 15-ə yaxın sosial xidmət müəssisələri, uşaq evləri, yardımçı və xüsusi internat məktəblərinin, eyni zamanda Gəncə, Sumqayıt, Şəki və Göyçay regional Xüsusi Olimpiya filiallarının komandaları və 1500-ə yaxın idmançısı iştirak etmişdir.
Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075
Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44
nationaldirector@azspecialolympic.com