Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Bədən Tərbiyəsi və idman Günü tədbirləri
5 mart 2018

5 mart 2018-ci il tarixində Bakı şəhərinin fəvvarələr meydanında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirlərində müxtəlif təşkilatların guşələri yaradılmışdır.

Xüsusi Olimpiya Komitəsinin guşəsində xüsusi olimpiya atletlərinin medalları, kubokları, broşurları və bukletləri nümayiş etdirilmişdir.

Gənclər və idman naziri cənab Azad Rəhimov başda olmaqla, fəxri qonaqlar Xüsusi Olimpiya Komitəsinin guşəsi ilə tanış olmuşlar.

Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075  

Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44

nationaldirector@azspecialolympic.com