Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Polşada Voleybol üzrə Beynəlxalq Avropa Turnirinin nəticələri
5 sentyabr 2017

2017-ci ilin 31 avqust - 4 sentyabr tarixlərində Polşanın Katovitse şəhərində keçirilmiş Voleybol üzrə Beynəlxalq Avropa Turniri başa çatmışdır.

Azərbaycan Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkil etdikləri UNIFIED Sport (Birləşmiş idman) layihəsinə uyğun olaraq, yığma komandamız aşağıdakı nəticələrlə IV yerlə kifayətlənmişdir.

İlkin seçim oyunları:
  Azərbaycan – Finlandiya - 2:1
  Azərbaycan – Slovakiya – 1:2

Divizionun final oyunları:
  Azərbaycan – Rusiya - 0:2
  Azərbaycan – Finlandiya - 1:2
  Azərbaycan – Slovakiya - 2:1
  Azərbaycan - Çexiya - 1:2

  I yer – Rusiya
  II yer – Finlandiya
  III yer – Çexiya
  IV yer – Azərbaycan
  V yer – Slovakiya

fotolar: © Adam Nurkiewicz / Mediasport

Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075  

Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44

nationaldirector@azspecialolympic.com