2017-ci il 13-26 mart tarixlərində Avstriyanın Qraz şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları keçirilib. Bu mötəbər Oyunlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin florbol (topla döşəmə üzərində xokkey) üzrə yığma komandası da iştirak etmişdir.
Qruplara bölünmək məqsədilə ilkin oyunlar aşağıdakı kimi nəticələnmişdir:
Azərbaycan – Çexiya - 0:5
Avstriya-2 – Azərbaycan - 1:1
Cəbəllütariq – Azərbaycan – 0:6
Azərbaycan – Böyük Britaniya (Man adası) – 1:2
Azərbaycan – Fil Dişi Sahili (Kot-d’İvuar) – 5:0
Göründüyü kimi ilkin oyunlardan sonra yığma komandamız iki qələbə qazanmış, 1 dəfə heç-heçə oynamış və 3 dəfə məğlub olmuşdur.
Yığma komandamız növbəti mərhələni yarışların 4-cü qrupunda davam etdirmiş və ardıcıl olaraq 6 qələbə qazanmışdır:
Azərbaycan – İrlandiya-2 - 8:2
Avstriya-2 – Azərbaycan - 3:4
Azərbaycan – Argentina - 8:0
Azərbaycan – Fil Dişi Sahili (Kot-d’İvuar) - 11:0
Azərbaycan – Hindistan - 8:0
Azərbaycan - Almaniya - 10:0
Qrup oyunlarında qazanılan 6 qələbədən sonra yığmamız oyunların III güclü divizionunda Avstriya-4, Böyük Britaniya (kişilər adası) və Venesuela yığmaları ilə birgə yarımfinala çıxmışdır. Yarımfinal oyunları aşağıdakı kimi nəticələnmişdir:
Azərbaycan – Avstriya-4 – 7:2
Venesuela – Böyük Britaniya (Man adası) – 4:3
Yarımfinal mərhələsində qalib gələn komandalar finalda I-II, məğlub komandalar isə III-IV yerlər uğrunda mübarizə aparmışlar. Nəticələr aşağıdakı kimi olmuşdur:
Azərbaycan-Valensiya – 7:3
Avstriya 2 – Böyük Britaniya (Man adası) – 4:3
Beləliklə son nəticə aşağıdakı kimi olmuşdur:
Azərbaycan – I yer
Venesuela – II yer
Avstriya-4 – III yer
Böyük Britaniya (Man adası) – IV yer
Ümumiyyətlə, bundan əvvəl Qış Oyunlarında döşəmə üzərində xokkey üzrə 4 dəfə Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak etmişik və nəticələr aşağıdakı kimi olmuşdur:
– 1997-ci il, Kanada, Toronto şəhəri – II yer
– 2001-ci il, ABŞ, Alyaska ştatı, Ankoric şəhəri – III yer
– 2005-ci il, Yaponiya, Naqano şəhəri – III yer
– 2013-cü il, Cənubi Koreya, Pyenq-Çanq şəhəri – II yer
Yalnız 20 ildən sonra florbol (topla döşəmə üzərində xokkey) üzrə yığma komandamız, ilk dəfə idi ki, Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak etdi və qızıl medallara layiq görüldü.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com