Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Ukrayna Xüsusi Olimpiya Komitəsinin III Açıq Milli Oyunları
28 sentyabr 2016

2016-cı ilin sentyabr ayının 15-dən 19-dək Lvov şəhərində Ukrayna Xüsusi Olimpiya Komitəsinin III Açıq Milli Oyunları keçirilmişdir. Oyunlarda Ukraynanın regionları, Belçika, İngiltərə, İsveçrə, Latviya, Litva, Macarıstan və Polşa xüsusi olimpiyaçıları iştirak etmişdir. Bu yarışlarda futbol, basketbol, florbol, üzgüçülük və stolüstü tennis idman növləri üzrə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 38 nəfərdən ibarət nümayəndə heyəti də iştirak etmişdir.

Xüsusi olimpiyaçılarımız aşağıdakı nəticələri əldə etmişlər:
▪ Florbol üzrə yığma komandamız finalda Ukrayna yığmasına 4:2 hesabı ilə qalib gələrək yarışların ən güclü I divizionunda 1-ci yerə çıxmışdır.
▪ Basketbol üzrə yığma komandamız ən güclü I divizionun qrup oyunlarında İsveçrə komandasına 8:13, Macarıstan komandasına isə 4:10 hesabı ilə məğlub olmuşlar. Basketbolçularımız iki məğlubiyyətdən sonra III yer uğrunda Ukrayna yığması ilə qarşılaşmış və 13:3 hesabı ilə qalib gələrək III yerlə kifayətlənmişlər.
▪ Futbol üzrə yığmamız oyunların ən güclü I divizionunda Latviya yığması ilə 2:2 hesabı ilə heç-heçə oynamış, Litva yığmasına 4:3, Macarıstan yığmasına 8:1 hesabı ilə qalib gələrək I yeri tutmuşdur.
▪ Stolüstü tennis üzrə yığmamız oyunlarda iki nəfərlə təmsil olunurdular. Lamiyə İbrahimova yarışların III divizionunda Belçika və Polşa nümayəndələrinə müvafiq olaraq 2:1 hesabı ilə qalib gəlmiş, İsveçrə və Ukrayna idmançılarına isə hər iki oyunda 0:2 hesabı ilə uduzaraq III yerlə kifayətlənmişdir. Vəliyev Vəfadar Belçika, İngiltərə, Litva və Ukrayna idmançılarına müvafiq olaraq 0:2 hesabları ilə uduzmuş, yalnız Polşa idmançısına 2:1 hesabı ilə qalib gəlmişdir. Son nəticədə imkanlarından aşağı səviyyədə çıxış edərək V yerlə kifayətlənməli olmuşdur.

▪ Üzgüçülərimiz daha yaxşı nəticə göstərmişlər:

sərbəst üsul

Əlisəftər İsgəndərov V divizion 25 metr I yer
Mirqaib Rəsulov I divizion 50 metr I yer
Məhəmməd Mustafayev I divizion 50 metr IV yer
Məhəmməd Əli III divizion 50 metr I yer

arxası üstə

Məhəmməd Mustafayev I divizion II yer
Mirqaib Rəsulov II divizion I yer
Məhəmməd Əli II divizion IV yer
Əlisəftər İsgəndərov II divizion I yer

estafet yarışları

Estafet yarışlarında idmançılarımız I divizionda bürünc medallar əldə etmişlər.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com