Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Futbol üzrə respublika seçmə yarışları yekunlaşmış, oğlanlardan ibarət yığma komandamız komplektləşmişdir
11 noyabr 2014

6-9 noyabr 2014-cü il tarixlərində paytaxtın “Şəfa” stadionunda “İnter” Peşəkar İdman Klubu ilə birgə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin futbol üzrə Respublika seçmə yarışları keçirilmişdir. Yarışlarda Bakı şəhəri Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi, Sabunçu rayonu 11 saylı yardımçı internat məktəbi, Xəzər rayonu 2, 4, 6 və 12 saylı xüsusi internat məktəbləri, Qaradağ rayonu 9 saylı xüsusi internat məktəbi, Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, Şaqan 3 saylı internat evi, Saray 7 saylı internat evindən, habelə Gəncə, Lənkəran, Şəki, Göyçay və Salyan Regional filiallarından 300-ə yaxın futbolçu iştirak etmişdir.

Ümumi komanda hesabında nəticələr aşağıdakı kimi olmuşdur:

Sabunçu rayonu 11 saylı yardımçı internat məktəbi I yer
Qaradağ rayonu 9 saylı xüsusi internat məktəbi II yer
Xəzər rayonu 6 saylı xüsusi internat məktəbi III yer

Qaliblər və mükafatçılar Azərbaycan Xüsusi Olimpiya Komitəsinin və “İnter” Peşəkar İdman Klubunun təsis etdiyi kuboklar, medallar və diplomlarla təltif olunublar.

Yarışların nəticələrinə uyğun olaraq komplektləşən futbol üzrə oğlanlardan ibarət yığma komandamız 2015-ci ilin 21 iyul - 3 avqust tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaqdır.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com